09:58 - 5.11.2026
5 noyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) noyabrın 4-də ABŞ-ın “Comstock Resources” şirkəti ilə 1,65 milyard dollar dəyərində aktivlərin alınmasına dair yekun müqavilə bağlayıb.
Müqaviləyə əsasən SOCAR “Legacy Haynesville” layihəsində 20%, “Western Haynesville” layihəsində 15% və qaz infrastrukturu üzrə “Pinnacle Gas Services LLC” şirkətində 15% iştirak payı əldə edir.
Qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il olan və ilin sonunadək yekunlaşması gözlənilən sövdələşmə çərçivəsində SOCAR-ın “Western Haynesville”dəki payı 5 ildən sonra və 15% gəlirlilik təmin edildikdən sonra 7,5%-ə endiriləcək.
Şərqi Texas və Şimali Luizianadakı şist qazı hövzəsində 545 min akr xalis əraziyə sahib “Comstock Resources” bu satışdan əldə olunacaq vəsaitlə xalis borcunu 3,1 milyard dollardan 1,5 milyard dollara endirməyi və SOCAR ilə birgə beynəlxalq LNG bazarlarına çıxış imkanlarını araşdırmağı planlaşdırır.
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026