Kripto bazarında geriləmə: Bitcoin yenidən 80 min dollar həddinə endi

09:18 - 28.10.2026


28 Oktyabr, Fineko/abc.az. 87 min dolları keçən sıçrayışdan sonra Bitcoin-in qiyməti yenidən 80 min dollar səviyyəsinə düşüb. İnvestorların mənfəət götürməsi və zərərlərini bağlamaq üçün satışlara keçməsi qiymət artımının qarşısında əsas maneəyə çevrilib.

Bloomberg-in məlumatına görə, "Polymarket"də Bitcoin-in ilin sonunadək 100 min dollara çatması ehtimalı 17% qiymətləndirilir.

Analitiklər bildirirlər ki, son iki ildə 87 min dollar civarında alış edən investorlar bu səviyyəni güclü satış həddinə çeviriblər. "Glassnode"un xəbərdarlığına əsasən, 81 500 dollar səviyyəsindən aşağı bağlanış Bitcoin ETF investorlarını zərərə sala bilər.