Meta süni intellekt layihələrini maliyyələşdirmək üçün 95 milyard dollarlıq səhm satışı planlaşdırır

16:39 - 26.10.2026


26 Oktyabr, Fineko/abc.az. "Meta Platforms Inc." süni intellekt yarışında liderliyini möhkəmləndirmək və infrastrukturun inkişafını maliyyələşdirmək məqsədilə səhmlərin satışı vasitəsilə 95 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır.

Şirkətin açıqlamasına əsasən, təxminən 35 milyard dollar adi və imtiyazlı səhmlərin təklif edilməsi yolu ilə, əlavə olaraq 60 milyard dollara qədər vəsait isə "bazar qiyməti ilə" (at-the-market – ATM) satış proqramı çərçivəsində "C" sinifli səsvermə hüquqlu səhmlərin buraxılması vasitəsilə əldə ediləcək.

"Meta"nın baş direktoru Mark Zukerberq artıq yüz milyardlarla dolları süni intellekt infrastrukturuna yönəldib. Bundan əlavə, şirkət "Muse" adlı fərdi süni intellekt köməkçisini, həmçinin "ChatGPT" və "Claude" ilə rəqabət aparmaq üçün nəzərdə tutulmuş "Muse Wonder" adlı modeli təqdim edib.