Azərbaycanın informasiya və rabitə sektorunun gəlirləri 11%-dən çox artıb

11:07 - 26.10.2026


26 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 11.1% artaraq 3 milyard 257 milyon 100 min manat təşkil edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, sektorun sürətli böyüməsi nəticəsində informasiya və rabitənin ölkənin ümumi daxili məhsulundakı (ÜDM) payı 2%-ə, qeyri-neft/qaz ÜDM-dəki payı isə 2.9%-ə yüksəlib.

Dövr ərzində sektora yatırılan sərmayələrin həcmində də kəskin artım müşahid olunub. Belə ki, informasiya və rabitə sektoruna yönəldilən investisiyalar real ifadədə 57.3% artaraq 376 milyon 500 min manat olub.

Bu göstəricilər internet, mobil rabitə və rəqəmsal xidmətlərə tələbatın artması, eləcə də infrastrukturun yenilənməsi fonunda rəqəmsal iqtisadiyyatın dayaqlarının daha da möhkəmləndiyini göstərir.