10:46 - 26.10.2026
26 Oktyabr, Fineko/abc.az. Dünyanın ən böyük kriptovalyutası olan "Bitcoin"in qiyməti psixoloji 80 000 dollar həddindən aşağı düşərək 79 989 dollar səviyyəsinə geriləyib. Eniş meyilləri "Ether", "XRP" və "Solana" daxil olmaqla digər altkoinlərdə də müşahid olunub.
Qiymətlərin ucuzlaşmasına ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftə keçiriləcək iclası ərəfəsində investorların riskli aktivlərdən uzaqlaşması və süni intellekt (AI) sektorundakı nəhəng xərclərlə bağlı borclanma narahatlıqları səbəb olub.
Eyni zamanda, ABŞ-də qeydiyyatdan keçmiş spot "Bitcoin" ETF-lərindən son iki gündə 772,4 milyon dollar xalis kapital çıxarılıb. Qlobal texnologiya səhmlərindəki itkilər və Asiya indekslərindəki ("Kospi", "Nikkei") geriləmə kriptovalyuta bazarına təzyiqi daha da artırıb.
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026