15:24 - 20.10.2026
20 Oktyabr, Fineko/abc.az. Azərbaycanda POS terminalların sayı aktiv vergi ödəyicilərinin sayından təxminən 5 dəfə azdır.
Bu barədə deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Deputatın sözlərinə görə, ölkədəki POS terminalların 62,1%-i Bakı şəhərinin payına düşür. Hazırda ölkədə 883 min aktiv vergi ödəyicisi olduğu halda, cəmi 184,4 min POS terminal istifadə olunur. Azərbaycanda hər POS terminala 60 nəfər düşdüyü halda, bu göstərici Gürcüstanda 29, Türkiyədə isə 47 nəfər təşkil edir.
V.Bayramov həmçinin POS terminal və interçeync tariflərinin yüksək olmasına diqqət çəkib. Qeyd edilib ki, "Mastercard" üzrə debet və öncədən ödənilmiş kartlara tətbiq edilən interçeync tarifləri Türkiyədə 0,65%, Qazaxıstanda 0,9-1,3% olduğu halda, Azərbaycanda 1,14-1,73% arasında dəyişir. Mikro sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsinin 2% olduğunu xatırladan deputat vurğulayıb ki, POS terminal xidmət haqlarının yüksək olması nağdsız ödənişlərin həcminə və iqtisadiyyatın şəffaflaşmasına maneə yaradır. (C) Report
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026