Cibimizə nə qədər pul daxil olub? - Əhalinin gəlirləri inflyasiyanı üstələdi

15:46 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. 2026-cı ilin ilk doqquz ayında Azərbaycan əhalisinin nominal gəlirləri 9,6% artaraq 72,7 milyard manata çatıb.

İstehlak qiymətlərinin 5,7% yüksəlməsi fonunda əhalinin real gəlirlərinin hesablanmış artımı təxminən 3,7% təşkil edib.

Ötən ilin eyni dövründə 66,3 milyard manat təşkil edən nominal gəlirlər bir il ərzində təxminən 6,4 milyard manat artıb.

Yanvar-sentyabr aylarında adambaşına düşən orta aylıq nominal gəlir 9,3% artaraq 719,8 manatdan 786,5 manata yüksəlib, onun real artımı isə 3,4% olub.

Vergilər və məcburi ödənişlərdən sonra əhalinin sərəncamında qalan gəlirlər 58,8 milyard manatdan 64,4 milyard manata, adambaşına düşən sərəncamda qalan orta aylıq gəlir isə 637,8 manatdan 696,7 manata çatıb.