Maliyyə Nazirliyi inflyasiya proqnozu verib

14:43 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin 2027–2030-cu illər üçün Ortamüddətli Xərclər Çərçivəsinə əsasən, faktiki inflyasiya, qlobal əmtəə və ərzaq qiymətlərinin düşməsi, sabit məzənnə və tənzimlənən tariflərin təsiri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,7 faiz nəzərdə tutulan orta illik inflyasiyanın 2030-cu ilə qədər tədricən 4,3 faizə enəcəyi gözlənilir.

Sənəddə qiymət dəyişikliklərinin nominal ÜDM-ə və büdcə göstəricilərinə təsirini qiymətləndirmək üçün baza proqnozundan müsbət və mənfi istiqamətdə 0,4, 0,8, 1,1 və 1,5 faiz bəndi kənarlaşma ssenariləri hesablanıb.

Bu çərçivədə, gələn il müxtəlif inflyasiya ssenarilərində icmal büdcə balansının 0,1–0,3 faiz bəndi, 2027-ci ildə isə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,1–0,4 faiz bəndi intervalında dəyişəcəyi proqnozlaşdırılır.