Azərbaycanda magistral qaz kəmərləri ilə nəql edilən qazın həcmi azalıb — 9 ayın göstəriciləri

14:46 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 29 milyard 730,8 milyon kubmetr təbii qaz nəql edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə nəqletmədə 0,32% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövrü ərzində ümumi qaz nəqlinin 56,7%-i (16 milyard 862,6 milyon kubmetr) Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz boru kəməri) vasitəsilə həyata keçirilib.