14:22 - 16.10.2026
16 Oktyabr, Fineko/abc.az. ABŞ dolları avro və yen qarşısında bir aydan çox müddətdən bəri ilk həftəlik enişinə doğru irəliləyir. Dollar indeksi 0,25% azalaraq 101,77 səviyyəsinə düşüb ki, bu da həftəlik 0,45%-lik eniş deməkdir.
Buna əsas səbəb bu həftə süni intellekt (AI) sektoru səhmlərində yaşanan kəskin ucuzlaşma və investorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrinə dair daha yumşaq siyasət yürüdəcəyi gözləntiləridir.
Süni intellekt layihələrinin gəlirliliyi ilə bağlı narahatlıqlar maliyyə bazarlarına təsir etsə də, investorlar təhlükəsiz liman kimi İsveçrə frankına üstünlük veriblər. Nəticədə İsveçrə valyutası dollar qarşısında həftəlik 0,61% dəyər qazanıb.
Analitiklərinin fikrincə, süni intellekt investisiyalarının azalması gələcəkdə ABŞ dolları və istiqraz gəlirliliyi üçün əsas təhdidlərdən birinə çevrilə bilər.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026