Naxçıvanda internet infrastrukturunun qurulmasına 6 milyon 603 min manat xərclənəcək

12:32 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. Naxçıvanda internet infrastrukturunun qurulması üçün avadanlıqlar alınacaq.

Bununla bağlı “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC GPON şəbəkəsinin çəkilişi və qurulması məqsədilə işlərə start verir.

İşin icrasına 6 milyon 603 min manat xərclənməsi nəzərdə tutulur.

Layihə çərçivəsində IP magistral şəbəkəsi və BRAS, magistral şəbəkə kommutatoru, 7 yuvalı və 2 yuvalı OLT, eləcə də 8 portlu və 4 portlu mini-OLT avadanlıqlarının alınması planlaşdırılır.