11:15 - 14.10.2026
14 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni, optimallaşdırılmış xidmət haqları təsdiq edilib.
Yeni tarif modelinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib, AZIPS və XÖHKS sistemləri üzrə tariflərin yuxarı həddi müvafiq olaraq 2 və 1.5 dəfə azaldılıb.
Artıq vaxt amilindən asılı olmayaraq, xidmət haqqı əməliyyat məbləğinin həcminə əsaslanan intervallar üzrə sabit dərəcələrlə hesablanacaq.
İnnovativ ödəniş xidmətlərinə əlçatanlığı artırmaq və 24/7 rejimində sadə identifikatorlarla dərhal köçürmələri təşviq etmək məqsədilə Ani Ödənişlər Sistemi (AÖS) üzrə tariflər digər sistemlərlə müqayisədə daha aşağı müəyyənləşdirilib.
Paralel olaraq, Banklararası Kart Mərkəzi (BKM) üzrə də xidmət haqlarına dəyişiklik edilərək kartdan köçürmə əməliyyatlarının emalı üzrə yeni tariflər təsdiqlənib.
Ödəniş xidməti istifadəçilərinin xərclərini azaltmağa və innovativ həlləri dəstəkləməyə yönəlmiş bu dəyişikliklər 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026