14:58 - 13.10.2026
13 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1 341,15 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub və iqtisadiyyat ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz böyüyüb. Öncəki rübdə bu göstərici 2,5 faiz təşkil edirdi.
Bu barədə Naxçıvan Dövlət Statistika Komitəsindən bildirilib.
Muxtar respublikada adambaşına düşən ÜDM 3,2 faizlik artımla 2 835 manata çatıb.
Naxçıvanın iqtisadi artım tempi ölkə üzrə көрсəricini 2 faiz bəndi üstələyib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, həmin dövrdə Azərbaycanın ÜDM-i 102 048,2 milyon manat, real iqtisadi artımı isə 1,5 faiz olub.
Neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azaldığı halda, qeyri-neft-qaz sektorunda 2,6 faiz artım qeydə alınıb.
Cari qiymətlərlə hesablamalara əsasən, Naxçıvanın ölkə iqtisadiyyatında payı ötən ilin müvafiq dövründəki 1,26 faizdən 1,31 faizə yüksələrək 0,05 faiz bəndi artıb.
Müqayisə üçün bildirilir ki, 2025-ci ilin eyni dövründə Naxçıvanda 1 199,7 milyon manatlıq, Azərbaycanda isə 95 229,2 milyon manatlıq ÜDM istehsal olunmuşdu və bu məbləğlər üzrə nominal artım Naxçıvanda 11,8 faiz, ölkə üzrə 7,2 faiz təşkil etmişdi.
Bununla belə, Naxçıvanda artım tempi ötən ilin müvafiq dövründəki 4,3 faizdən 3,5 faizə enərək 0,8 faiz bəndi zəiflədiyi halda, Azərbaycan üzrə artım tempi 1,3 faizdən 1,5 faizə yüksəlib.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026