14:25 - 8.10.2026
8 oktyabr, Fineko/abc.az. Ev və mətbəx məhsulları sektorunda Türkiyənin məşhur “Karaca” və “Karaca Home” brendlərinin rəsmi pərakəndə satış təmsilçisi olan “Evfemiya” MMC maliyyə hesabatlarını dərc etmədiyinə görə cərimələnib.
Maliyyə Nazirliyinin tərtib etdiyi protokola əsasən, şirkət 2024-cü il üzrə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə mətbuatda və internet səhifəsində dərc etməyərək İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsini pozub.
Bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi MMC-ni təqsirli bilərək ona 1500 manat məbləğində inzibati cərimə tətbiq edib.
Şirkətin qanuni təmsilçisi Gəncəli İsmayılov məsuliyyətə cəlbetmə müddətinin keçməsi və hesabat dərc etmək öhdəliyinin lazımi qaydada sübut olunmaması dəlilləri ilə qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib.
Maliyyə Nazirliyinin nümayəndəsi şikayəti əsassız hesab edib və Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq 1500 manatlıq cəriməni təsdiqləyib.
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026