Neft ötən günkü artımdan sonra ucuzlaşır: Brent bor barel üçün 96,85 dollar təşkil edir

09:10 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri əvvəlki sessiyanın yekunlarına görə qeydə alınan artımdan sonra cümə axşamı ticarəti zamanı aşağı düşür.

Saat 09:05-ə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin dekabr fyuçersi 1,18 dollar (1,20%) ucuzlaşaraq hər barel üçün 96,85 dollar təşkil edib. 30 sentyabr ticarətinin yekunlarında bu müqavilə 1,87 dollar (1,94%) artaraq hər barel üçün 98,03 dollar olub.

NYMEX birjasında WTI neftinin noyabr fyuçersi saat 09:05-ə qədər 1,39 dollar (1,54%) azalaraq hər barel üçün 89,03 dollara düşüb. Ötən gün isə bu müqavilə 1,04 dollar (1,16%) bahalaşaraq hər barel üçün 90,42 dollar təşkil etmişdi.