11:56 - 30.09.2026
30 sentyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən cari ilin yanvar-avqust aylarında icbari tibbi sığorta ilə dövlət tibb müəssisələrində 66 milyon xidmət göstərilib.
Nazirlikdən verilən məlumata görə, bu xidmətlərin 88 faizini ambulator, 12 faizini stasionar xidmətlər təşkil edib.
Bildirilib ki, dövlət tibb müəssisələrinə 8 ayda 4,4 milyondan çox şəxs 17,7 milyon müraciət edib. Onlardan 1,4 milyona yaxını uşaqlar olub. 2026-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə pasiyentlərin sayı 3,1 faiz, müraciətlərin sayı 7,9 faiz, göstərilən tibbi xidmətlərin sayı 9 faiz artıb
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026