11:20 - 29.09.2026
29 sentyabr, Fineko/abc.az. Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” adlı yeni hesabatına əsasən, Orta Dəhliz keçdiyi ölkələrdə iqtisadi artımın əsas drayverlərindən birinə çevrilmək potensialına malikdir.
Müvafiq investisiyalar və struktur islahatları həyata keçiriləcəyi təqdirdə, uzunmüddətli perspektivdə dəhliz boyunca yerləşən ölkələrin Ümum daxili məhsulunun (ÜDM) orta hesabla 3,3%, məşğulluğun isə 2,9% artacağı proqnozlaşdırılır.
Bankın makroiqtisadi modelləşdirilməsi göstərir ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni əhatə edən şəbəkədə logistika xərclərinin azalması bütün iştirakçı dövlətlərə müsbət təsir edəcək. Mütləq ifadədə ən böyük artımı Qazaxıstan və Türkiyə, nisbi ifadədə isə dənizə çıxışı olmayan kiçik iqtisadiyyatlar əldə edəcək. Məşğulluq üzrə ən kəskin artım tikinti, ticarət, biznes xidmətləri, nəqliyyat və aqroərzaq sektorlarında gözlənilir.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026