“Aqrarkredit” BOKT Xətaidəki daşınmaz əmlaklarını hərraca çıxarır

10:55 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. 28 oktyabr 2026-cı il tarixində saat 10:00-da “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan daşınmaz əmlakların satışı üzrə açıq hərrac keçiriləcək. Hərraca Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 3 müxtəlif qeyri-yaşayış sahəsi çıxarılır.

Satışa təqdim olunan obyektdən birincisi 306 kv.m ümumi sahəyə malik 174G girişli qeyri-yaşayış sahəsidir və onun start qiyməti 765 min manat, beh məbləği isə 38 min 250 manat təşkil edir. İkinci obyekt 177 kv.m sahəsi olan 174E girişli sahədir ki, bunun üçün start qiyməti 442 min 500 manat, beh məbləği 22 min 125 manat müəyyənləşdirilib.

Üçüncü, 160.4 kv.m sahəyə malik 174F girişli qeyri-yaşayış sahəsi isə 401 min manat start qiyməti və 20 min 50 manat beh ödənişi ilə hərraca təqdim edilir.

Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında təşkil olunacaq. Hərracda iştirak etmək istəyən iddiaçılar müəyyən olunmuş beh məbləğlərini ödəyərək prosesə qatıla bilərlər.