Dövlət Gömrük Komitəsi 1 milyon manatlıq gömrük geyimləri alır

16:24 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. Gömrük Komitəsi 1 milyon manatlıq geyim alır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük geyimlərinin satın alınması ilə bağlı müsabiqə elan edib.

Müsabiqənin ehtimal olunan qiyməti 1 milyon 53 min manat təşkil edir.