15:05 - 15.09.2026
15 Sentyabr, Fineko/abc.az. Beynəlxalq "Fitch Ratings" reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kredit reytinqinin dəyişməsinə gətirib çıxara biləcək həssaslıq amillərini və şirkətin likvidlik mövqeyini qiymətləndirib.
Agentliyin hesabatında əks olunan əsas məqamlar aşağıdakılardır:
Reytinqin endirilməsinə gətirib çıxara biləcək amillər:
Azərbaycanın suveren kredit reytinqinin endirilməsi;
Şirkətin xalis və ya məcmu borcunun EBITDA-ya nisbətinin (EBITDA net/gross leverage) davamlı olaraq 3.0x və ya 3.5x səviyyəsini keçməsi (bu hal SOCAR-ın müstəqil reytinqinin (SCP) aşağı salınmasına səbəb olsa da, yekun IDR reytinqinin endirilməsi ilə nəticələnməyə bilər);
Dövlət dəstəyinin zəifləməsi.
Reytinqin qaldırılmasına gətirib çıxara biləcək amillər:
Azərbaycanın suveren reytinqinin yüksəldilməsi;
Maliyyə şəffaflığının yaxşılaşması və xalis/məcmu borcun EBITDA-ya nisbətinin davamlı olaraq 2.0x və ya 2.5x səviyyəsindən aşağı qalması (bu, SCP göstəricisinin yüksəlməsinə gətirib çıxaracaq, lakin yekun IDR reytinqinin avtomatik qalxması anlamına gəlmir).
Likvidlik və borc strukturu:
2025-ci ilin sonuna SOCAR-ın 14 milyard manat həcmində nağd və nağd vəsaitlərin ekvivalentləri, habelə "Fitch" tərəfindən düzəliş edilmiş təxminən 1.5 milyard manatlıq tədavül oluna bilən qiymətli kağızları mövcut olub. Bu vəsaitlər 15.1 milyard manatlıq qısamüddətli borc öhdəliklərini adekvat şəkildə qarşılayıb.
2026-cı il ərzində SOCAR bu öhdəliklərin idarə olunması istiqamətində addımlar ataraq, qısamüddətli və uzunmüddətli borc alətlərinin sintezi hesabına 14.2 milyard manatlıq borcu uğurla ödəyib və ya yenidən maliyyələşdirib (refinanslaşdırıb).
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026