ABŞ-da istehsalçı inflyasiyası yüksəlib — FED-in faiz artırımı ehtimalı 70%-ə çatıb

22:59 - 10.09.2026


10 Sentyabr, Fineko/abc.az. ABŞ-da İstehsalçı Qiymətləri İndeksinin (ÜFE) avqust ayında illik bazada 5,4%-ə yüksəlməsi Federal Ehtiyat Sisteminin (FED) gələn həftə keçiriləcək iclasında faiz artıracağı gözləntilərini gücləndirib. "CME Group" fyuçers göstəricilərinə əsasən, bazarın 25 baza bəndlik faiz artımı ehtimalı 70%-ə yaxınlaşıb.

FED ötən ilin dekabrından bəri uçot dərəcəsini 3,50-3,75% aralığında sabit saxlayır, lakin inflyasiyanın 5,5 ildir ki, 2%-lik hədəfdən yuxarı seyretməsi mərkəzi bank üzərində monetar sərtləşmə təzyiqini artırır. "Capital Economics" analitiklərinin qiymətləndirməsinə görə, sentyabr iclasında addım atılmasa belə, ilin sonunadək faiz artımı qaçılmaz görünür.

Sentyabrın 15-16-da keçiriləcək iclas öncəsi açıqlanacaq Tüketici Qiymətləri İndeksi (TÜFE) göstəriciləri FED-in son qərarı üçün həlledici olacaq.