"Visa", "Mastercard" və "Ant International" AI ticarəti üçün təhlükəsizlik alansı yaradıblar

10:15 - 10.09.2026


10 Sentyabr, Fineko/abc.az. Qlobal ödəniş nəhəngləri "Visa", "Mastercard" və "Ant International" istifadəçilər adından müstəqil alış-veriş edən süni intellekt (AI) agentlərinin identifikasiyası və doğrulanması üçün vahid standartlar hazırlamaq məqsədilə əməkdaşlığa başlayıblar.

Tərəflər Sinqapur Pul-Kredit Qurumunun (MAS) təşəbbüsü olan "BuildFin.ai" platforması çərçivəsində "Agentinizi Tanıyın" (Know-Your-Agent – KYA) adlı tənzimləmə çərçivəsini formalaşdıracaqlar.

Yeni mexanizm süni intellekt köməkçilərinin həyata keçirdiyi maliyyə əməliyyatlarının təhlükəsizliyini təmin etmək, dələduzluq risklərini azaltmaq və rəqəmsal ödəniş şəbəkələrində etibarlı AI ticarətinin inteqrasiyasını sürətləndirmək məqsədi daşıyır.