12:13 - 7.09.2026
7 sentyabr, Fineko/abc.az. “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi işğaldan azad olunmuş ərazilərdə su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı keçirdiyi iki iri tender müsabiqəsinə yekun vurub. Satınalma müsabiqələrinin nəticələrinə əsasən, qalib şirkətlərlə ümumilikdə 19,181,580 manat məbləğində müqavilələr bağlanıb. Layihələr Ağdam və Cəbrayıl rayonlarının bir sıra yaşayış məntəqələrini əhatə edəcək:
Ağdam rayonu üzrə (13.88 mln. manat):
Qərvənd və Eyvazxanbəyli kəndlərinin su təchizatı və kanalizasiya sisteminin tikintisini “T.T.Ş.-İnşaat” MMC həyata keçirəcək. Bu layihə üzrə bağlanmış müqavilənin ümumi məbləği 13 884 075 manat təşkil edir.
Cəbrayıl rayonu üzrə (5.29 mln. manat):
Cəbrayıl rayonunun Soltanlı, Maşanlı, Böyük Mərcanlı və Sarıcalı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin tikintisi işləri çərçivəsində keçirilən tenderin qalibi “Hydro-Geo Environnement Group” MMC olub. Tərəflər arasında 5 297 505 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, layihələrin icrası işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası və əhalinin böyük qayıdışına hazırlıq çərçivəsində həyata keçirilir.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026