İtaliyanın moda imperiyasında milyardlıq dönüşüm: "Armani" 15%-lik payın satışına hazırlaşır

17:00 - 4.09.2026


4 Sentyabr, Fineko/abc.az. İtaliyanın dəbdəbə (luxury) giqantı "Armani" təsisçisi Ciorcio Armaninin vəfatının 1 illiyində dəyəri 5–7 milyard avro intervalında qiymətləndirilən imperiyanın ilk səhm paketinin satışına hazırlaşır.

Ötən ili daxili idarəetmə sisteminin möhkəmləndirilməsinə həsr edən moda evi, indi biznes modelinin "qaçılmaz təkamülü" və yenidən qurulması mərhələsinə qədəm qoyur.

Təsisçinin vəsiyyətinə uyğun olaraq, şirkətin 15%-dək azlıq payının LVMH, L'Oréal və ya EssilorLuxottica kimi nəhəng strateji tərəfdaşlara satılması və ya birjaya çıxarılması (IPO) üçün müəyyən edilən vaxt axarı rəsmən işə düşüb. İllik gəliri 2,2 milyard avro təşkil edən brendin rəhbərliyi, qlobal luxury bazarındakı daxili zəifləmələrə baxmayaraq, xarici kapital cəlb etməklə markanın müstəqilliyini və irsini qorumağı hədəfləyir.