İranın neft ixracı kəskin azalıb: Çin Rusiya neftinə tələbatı artırır

12:18 - 3.09.2026


3 Sentyabr, Fineko/abc.az. Avqust ayında İranın neft və kondensat ixracı Sutkada 220–255 min barelə qədər geriləyib. Bu göstərici iyul ayında 740 min barel, mart ayında isə təxminən 2 milyon barel təşkil edirdi.

"Financial Times"ın məlumatına görə, İyulun 14-dən bəri ABŞ-ın dəniz blokadası səbəbindən Çinə tərəf bir dənə də olsun təsdiqlənmiş yük keçə bilməyib. Hürmüz boğazında 36,1 milyon barel neft daşıyan 29 tanker gözləmə mövqeyindədir.

İrandan tədarükün dayanması fonunda Çin Rusiya neftinə yönəlib. "Bloomberg" xəbər verir ki, Çinin müstəqil neft emalı zavodları Sakit okean sahillərindən gətirilən Rusiya neftinə tələbatı artırıb.