11:29 - 1.09.2026
1 Sentyabr, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp Amerikanın en böyük neft nəhəngi olan "ExxonMobil" şirkətinin Venesualada fəaliyyətə başlamağı planlaşdıran enerji şirkətləri qrupuna daxil olduğunu bildirib. Vaşinqtonun Karakasla neft sazişləri bağlamaq istiqamətində təzyiqlərini artırdığı bir vaxtda verilən bu bəyanat regionun energetika sektorunda yeni mərhələnin başlanğıcından xəbər verir.
Tramp jurnalistlərə açıqlamasında "Exxon" şirkətinin Venesuela neft sektoruna yenidən qayıtmaqda maraqlı olduğunu vurğulayaraq, ABŞ administrasiyasının Amerikanın digər aparıcı energetika şirkətlərinin də Venesuela bazarına daxil olmasını fəal şəkildə dəstəklədiyini bildirib. Söhbət Venesuelanın nəhəng neft ehtiyatlarının hasilatını bərpa etmək və qlobal enerji bazarlarında tədarükü artırmaq üçün nəzərdə tutulan genişmiqyaslı kommersiya razılaşmalarından gedir.
Ekspertlərin fikrincə, "ExxonMobil" kimi transmilli şirkətlərin Venesuelaya qayıdışı yalnız ABŞ-ın xarici iqtisadi siyasətindəki dəyişikliklərlə deyil, həm də Venesuelada xarici investisiyalar üçün hüquqi və təhlükəsizlik zəmanətlərinin yaradılması ilə bağlı olacaq. "ExxonMobil" nümayəndələri hələlik Ağ Evin bu bəyanatına rəsmi münasibət bildirməyiblər.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026