10:24 - 1.09.2026
1 Sentyabr, Fineko/abc.az. Qlobal istiqraz gəlirliliyi yüksələn neft qiymətlərinin inflyasiya narahatlıqlarını artırması və ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz artımına gedəcəyi gözləntilərinin güclənməsi ilə son 20 ilin en yüksek səviyyəsinə yüksəlib.
"Bloomberg"in qlobal dövlət istiqrazları indeksinin gəlirliliyi üst-üstə dördüncü gün də artaraq 3.72%-ə çatıb ki, bu da 2008-ci ilin ortalarından bu yana ən yüksək göstəricidir.
Gəlirliliyin kəskin artmasının ana təkanverici amili FES sədri Kevin Uorşun Cekson Houl simpoziumundakı çıxışı olub. Uorş artıq 5 ildir ki, mərkəzi bankın hədəfini üstələyən inflyasiyanı cilovlamaq qətiyyətini vurğulayıb. Eyni zamanda, Yaponiya, Böyük Britaniya və ABŞ kimi böyük iqtisadiyyatlarda yüksək dövlət xərcləri üzrə narahatlıqlar investorların uzunmüddətli istiqrazlar üçün daha yüksək gəlirlilik tələb etməsinə gətirib çıxarıb.
Nəticədə Yaponiyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 1996-cı ildən bu yana ilk dəfə 3%-ə qalxıb, Avstraliyanın analoji istiqrazları isə 2011-ci ildən bəri ən yüksək həddə çatıb.
Ekspertlərin fikrincə, istiqraz bazarındakı bu dinamika çökmə əlaməti olmasa da, davamlı inflyasiya fonunda mərkəzi bankların uçot faiz dərəcələrini daha uzun müddət yüksək səviyyədə saxlayacağı barədə bazarlara aydın siqnal verir.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026