SOCAR-ın Qaz İxrac İdarəsinin ixrac gəlirləri 7,7 milyon dollara düşüb

17:18 - 28.08.2026


28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında SOCAR-ın Qaz İxrac İdarəsi 7,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın avqust sayına görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,4 milyon dollar və ya 79,2 faiz azdır.

Məlumat üçün bildirək ki, 2025-ci ilin yanvar-iyul aylarında SOCAR-ın Qaz İxrac İdarəsinin ixrac gəlirləri 37,1 milyon ABŞ dolları təşkil etmişdi.