11:27 - 28.08.2026
28 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Özbəkistana işgüzar səfəri çərçivəsində bu ölkənin Mərkəzi Bankının sədrinin birinci müavini Nodirbek Saydullayev ilə görüşüb.
AMB-dən bildirilib ki, görüş çərçivəsində innovativ maliyyə ekosisteminin formalaşdırılması, maliyyə texnologiyalarının inkişafı üzrə mövcud yanaşmalar və gələcək perspektivlər müzakirə edilib.
Həmçinin bu alanda ixtisaslaşmış təşkilatlar üçün maliyyələşmə mənbələrinə əlçatanlığın artırılması və institusional əməkdaşlıq imkanlarının dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026