Azərbaycanda bankların kredit portfeli 32,1 milyard manata çatıb — AMB

13:50 - 26.08.2026


26 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, iyul ayında bankların kredit portfeli 0,9% (274,0 mln. manat) artaraq 32 095,3 mln. manat təşkil edib.

Kredit portfelinin 54%-ni (17 333 mln. manat) biznes kreditləri, 31,3%-ni (10 036,8 mln. manat) istehlak kreditləri, 14,7%-ni (4 725,5 mln. manat) isə ipoteka kreditləri təşkil edib.