14:39 - 25.08.2026
25 avqust, Fineko/abc.az. Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Soyuqbulaq” və “Çıraq-2” kiçik su elektrik stansiyalarında (KSES) istismara verildiyi tarixdən cari ilin iyul ayınadək ümumilikdə 183,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Energetika Nazirliyinin məlumatına əsasən, bu dövr ərzində “Çıraq-1” KSES-də 65,6 milyon kilovat-saat, “Soyuqbulaq” KSES-də 61 milyon kilovat-saat, “Çıraq-2” KSES-də isə 57 milyon kilovat-saat elektrik enerjisi generasiya edilib.
Xatırladaq ki, 2023-cü il avqustun 25-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə “Soyuqbulaq”, Qaraarxac çayı üzərində isə 6 meqavat gücündə “Çıraq-2” KSES-ləri istismara verilib. Bu stansiyalar yaşıl enerjinin inkişafı ilə yanaşı, istixana effekti yaradan qazların emissiyasının azaldılmasına və ətraf mühitin qorunmasına töhfə verir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026