16:33 - 23.07.2026
23 iyul, Fineko/abc.az. Bu ilin ilk yarısında Dövlət Neft Fondu büdcəyə 6 milyard 420 milyon manat vəsait köçürüb.
ABC.AZ Fonda istinadən xəbər verir ki, bu, 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 820,5 milyon manat və ya 11,3% daha azdır.
Xatırladaq ki, ötən ilin ilk yarısında Fond tərəfindən büdcəyə 7 milyard 240,5 milyon manat vəsait köçürülmüşdü.
27 İyul 2026