09:15 - 10.12.2018
10 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 4,30 dollar və yaxud 7,15% yüksəlib.
Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 64,54 dollar təşkil edir.
“NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti 1,12 dollar (2,2%) yüksələrək bir barelə 52,61 dollar təşkil etmişdir.
Cümə axşamı günü keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti 1,61 dollar (2,7%) yüksələrək bir barelə 61,67 dollar təşkil etmişdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026