12:15 - 22.07.2026
22 iyul, Fineko/abc.az. Samsung Electronics Fransanın Mistral AI startapına yeni maliyyələşdirmə raundu çərçivəsində təxminən 1 mlrd avro investisiya etməyi nəzərdən keçirir. Bu raund şirkətin dəyərini təxminən 20 mlrd avro səviyyəsində qiymətləndirə bilər.
Sövdələşmə hələ müzakirə mərhələsindədir və şərtləri dəyişə bilər. Reallaşacağı təqdirdə, bu, Samsung-un Avropanın süni intellekt sektoruna ən iri investisiyalarından biri olacaq və şirkətin artıq vençur bölməsi vasitəsilə dəstəklədiyi Mistral AI ilə əməkdaşlığını gücləndirəcək.
Bundan əlavə, maliyyələşdirmə raunduna İsveçin EQT şirkəti də maraq göstərir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026