20:07 - 1.07.2026
1 iyul, Fineko/abc.az. Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və etimad mühitinin yaradılması istiqamətində tarixi addımlar atılır.
ABC.AZ xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib. Avropa Komissiyasının rəhbəri regionda cərəyan edən sülh prosesinin önəmini vurğulayaraq, tarixi sülh sazişinin paraflanması münasibətilə Azərbaycan dövlətinin başçısını təbrik edib.
"Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır", - deyə Ursula Fon der Lyayen vurğulayıb. Sülhün kağız üzərində deyil, real həyatda tətbiq edilməsinə hazır olduqlarını və bu istiqamətdə hər gün çalışmağın vacibliyini qeyd edən Avropa Komissiyasının Prezidenti, həmçinin regional bağlantılar və kommunikasiyalar vasitəsilə sülhün təşviq edilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026