SpaceX Starfall eksperimental yük kapsulunu orbitə çıxarıb

19:29 - 24.06.2026


24 iyun, Fineko/abc.az. SpaceX Falcon 9 raketi ilə Floridadakı start meydançasından Starfall adlı eksperimental yük kapsulunu aşağı Yer orbitinə çıxarıb.

ABC.AZ xəbər verir ki, New Scientist-in məlumatına görə, Starfall layihəsi gələcəkdə kosmosdan yüklərin daşınması üçün nəzərdə tutulub və mikroqravitasiya şəraitində istehsal olunan materialların daşınmasını da əhatə edə bilər. Kapsul təxminən 1 ton yük daşıma qabiliyyətinə malikdir və atmosferə daxil olduqdan sonra yük bölməsi və istilik qalxanı hissəsinə ayrılacaq.

SpaceX missiya ilə bağlı detalları açıqlamayıb, lakin aparatın geri dönüş modulunun Sakit okeanda eniş etməsi planlaşdırılır.