15:25 - 23.06.2026
23 iyun, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 32,6 milyon ABŞ dolları dəyərində 40 min 737 ton alma göndərilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22,5 %, kəmiyyət olaraq – 5 % çoxdur.
Hesabat dövründə Rusiyaya 26,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % çox) 33 min 321 ton (-7 %), Özbəkistana 2,1 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 1 min 679 ton (+3,2 dəfə), Türkiyəyə 1,9 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 1 min 872 ton (+14 dəfə), Qazaxıstana 786 min ABŞ dolları dəyərində (+95 %) 1 min 886 ton (+87 %), Birləşmiş Ərəb Əmirliklərinə 515 min ABŞ dolları dəyərində (-32 %) 445 ton (-50 %) məhsul satıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstana (12 min ABŞ dolları dəyərində 18,5 ton) və İspaniyaya (41 min ABŞ dolları dəyərində 30 ton) həyata keçirilib.
23 İyun 2026
23 İyun 2026
23 İyun 2026
23 İyun 2026
23 İyun 2026
22 İyun 2026
22 İyun 2026