20:00 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) illik hesabatına görə, 2025-ci ildə valyuta bazarında sabitlik tam qorunub və xarici valyutaya olan tələb tam təmin edilib.
ABC.AZ rəsmi hesabata istinadən xəbər verir ki, hesabat ilində rəsmi məzənnə sabit qalaraq orta günlük 1.7000 manat təşkil edib. Banklararası əqdlər "Bloomberg" platforması üzərindəki hərraclar əsasında formalaşıb.
Bankların dollar marjası: Kommersiya banklarının müəyyən etdiyi məzənnələr rəsmi rəqəmə çox yaxın diapazonda olub. İl ərzində bankların orta günlük dollar alışı 1.6948 manat, orta günlük satışı isə 1.7018 manat təşkil edib. Beləliklə, günlük ortalama alış rəsmi məzənnədən 0.31% aşağı, satış isə 0.11% yuxarı olub.
98 valyuta hərracı: İl ərzində Mərkəzi Bankda Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin satışı üzrə 98 valyuta hərracı keçirilib və tələb tam qarşılanıb.
Nağd bazarda vəziyyət: Əhalinin nağd valyuta bazarına marağı stabil qalıb; mübadilə şöbələrində nağd xarici valyutanın alışı satışı 423 milyon ABŞ dolları üstələyib (əhali banklara daha çox dollar satıb).
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026