18:53 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) qaydalarını pozan maliyyə institutlarına qarşı ciddi sanksiyalar tətbiq edib.
ABC.AZ rəsmi hesabata istinadən xəbər verir ki, qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı aparılan yoxlamalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsi əsasında ümumilikdə 644 000 manat məbləğində cərimə kəsilib.
Cərimələnən qurumların siyahısı:
3 bank;
9 bank olmayan kredit təşkilatı (BOKT);
4 ödəniş və 3 elektron pul təşkilatı;
1 valyuta mübadiləsi məntəqəsi;
1 investisiya şirkəti;
"Azərpoçt" MMC.
Pozuntuların qarşısını almaq məqsədilə AMB il ərzində daxili nəzarət, kart riskləri, şübhəli əməliyyatların tipologiyası və müştəri uyğunluğu mövzularında maliyyə sektorunun nümayəndələri üçün xüsusi təlimlər təşkil edib.
27 İyul 2026