11:40 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Meta Platforms Hindistanda Cəmnaqar şəhərində gücü 168 MVt olan ilk süni intellekt məlumat mərkəzinin tikintisi üçün Reliance Industries ilə tərəfdaşlıq edib.
ABC.AZ xəbər verir ki, obyekt Reliance tərəfindən tikiləcək və genişləndirilmə imkanı ilə Meta-ya icarəyə veriləcək.
Hindistan əsas texnoloji bazarlardan biri kimi mövqelərini gücləndirir: daha əvvəl Amazon və Microsoft ölkəyə ümumilikdə 52 milyard dollar investisiya yatıracaqlarını açıqlayıb və bu vəsaitin böyük hissəsi süni intellekt infrastrukturu üçün nəzərdə tutulub.
Hindistanda süni intellekt sahəsində daha bir böyük razılaşma OpenAI ilə Tata konqlomeratı arasında əldə olunub. Tərəflər ilkin gücü 100 MVt olan və gələcəkdə 1 qiqavata qədər genişləndirilə biləcək məlumat mərkəzinin tikintisi barədə razılığa gəliblər. Qiymətləndirmələrə görə, 1 QVt gücündə belə bir mərkəzin dəyəri 35-50 milyard dollar təşkil edə bilər.
10 İyun 2026
8 İyun 2026