Avropanın aparıcı banklarından AMB-nin faiz qərarı ilə bağlı mühüm proqnozlar

21:30 - 9.06.2026


9 iyun, Fineko/abc.az. Avropa Mərkəzi Bankının (AMB) iyunun 11-də keçiriləcək iclası ərəfəsində "Commerzbank", "Natixis", "ABN Amro" və "Rabobank" kimi nəhəng maliyyə institutlarının analitikləri uçot dərəcəsinin artırılacağını proqnozlaşdırırlar. Ekspertlər inflyasiya təzyiqi və zəifləyən iqtisadi artım fondunda AMB-nin ehtiyatlı davranacağını gözləyirlər.

ABC.AZ xəbər verir ki, para bazarlarındakı qiymətləndirmələrə görə, AMB-nin bu həftə 3 əsas faiz dərəcəsini 25 baz bəndi artıracağına qəti gözlənilir.

Nəhəng bankların təhlili və proqnozları:

  • "ABN Amro": Bank iyun və iyul iclaslarında faiz artımının davam edəcəyini və depozit faizinin 2,50%-ə yüksələcəyini gözləyir. İki rüblük ardıcıl faiz endirimi isə yalnız 2027-ci ilin birinci və ikinci rübündə (hərəsində 25 baz bəndi olmaqla) gözlənilir ki, bununla da depozit faizi yenidən 2%-ə enəcək.

  • "Commerzbank": Avrozonada inflyasiyanın 3,2%-ə, nüvə inflyasiyasının isə sürpriz şəkildə 2,5%-ə yüksəlməsi fonunda sentyabr ayına qədər daha bir 25 baz bəndlik faiz artımı ehtimal olunur. Lakin bazarların gözlədiyi ilsonu 3-cü faiz artımı ehtimalı olduqca aşağıdır.

  • "Rabobank": Hürmüz boğazındakı gərginlik səbəbindən Avropa iqtisadiyyatında daha güclü staqflyasiya şoku gözlənilir. Bank tammiqyaslı faiz artımı dövrü proqnozlaşdırmır, yalnız risklərin idarə edilməsi məqsədilə məhdud artımları mümkün sayır.

  • "Natixis": Bu həftəki 25 baz bəndlik artımdan sonra AMB sədri Kristin Laqardın uzunmüddətli artım siqnallarından qaçaraq "mülayim-göyərçin" tonu mənimsəyəcəyi proqnozlaşdırılır. Hürmüz böhranının müddətindən asılı olaraq iyulda (35% ehtimalla) və ya sentyabrda (55% ehtimalla) ikinci bir faiz artımı baş verə bilər.