Tramp FED-ə təzyiqi artırır: "Faiz dərəcələrini qaldırmaq səhv addım olar"

11:19 - 8.06.2026


8 iyun, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp ölkədə məşğulluq göstəricilərinin gözləntiləri aşmasından sonra Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıra biləcəyi ilə bağlı müzakirələrə reaksiya verib.

ABC.AZ "NBC" telekanalına istinadən xəbər verir ki, Tramp FED-in yeni sədri Kevin Uorşun (Kevin Warsh) rəhbərlik edəcəyi ilk iclas öncəsi qurumun faiz artırmasını "səhv addım" adlandırıb. O, faizlərin yüksəldilməsi üçün heç bir səbəb olmadığını, əksinə, dərəcələrin aşağı salınmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, ABŞ-da kənd təsərrüfatı xaric məşğulluğun 172 min nəfər artması və işsizliyin %4,3-də sabit qalması bazarlarda ilin sonuna qədər faiz artımı gözləntilərini gücləndirib. Tramp isə ölkə iqtisadiyyatının yaxşı getdiyi bir vaxtda faizlərin dərhal artırılaraq biznesin cəzalandırılmaması tərəfdarı olduğunu bildirib. O, həmçinin dövlət borclarının mövcudluğunu və hərbi sahəyə daha çox investisiya yatırmaq istədiyini də qeyd edib.