10 milyon manata Yevlax-Bərdə elektrik xətti inşa ediləcək

15:53 - 4.06.2026


4 iyun, Fineko/abc.az. “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti irimiqyaslı tikinti işləri ilə bağlı yeni tender müsabiqəsi elan edib.

ABC.AZ xəbər verir ki, dövlət şirkəti 110 kV-luq Yevlax-Bərdə Elektrik Veriliş Xəttinin (EVX) tikintisi işlərinin satın alınmasını həyata keçirir.

Satınalma müsabiqəsinin ehtimal olunan qiyməti 10 119 924 manat təşkil edir.