16:59 - 3.06.2026
3 iyun, Fineko/abc.az. ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkəti mərkəzi prosessor, qrafik prosessor və operativ yaddaşı (RAM) vahid platformada birləşdirən "RTX Spark" çip ailəsini elan edib.
ABC.AZ xəbər verir ki, yeni çip noutbukların texnoloji imkanlarında ciddi sıçrayış vəd edir. Tərtibatçıların bildirdiyinə görə, yeni məhsulun gücü istifadəçinin kompüterində birbaşa 12K formatında videoların montajı, mürəkkəb 3D qrafika ilə iş, müasir oyunlar və süni intellekt (AI) alətlərinin işə salınması üçün tamamilə yetərlidir.
"RTX Spark" çipinin əsas xüsusiyyətləri:
Lokal süni intellekt fəaliyyəti: Yeni çipin ən mühüm özəlliyi süni intellekt alətlərinin məlumatları bulud serverlərinə göndərmədən, birbaşa cihazın daxilində (lokal olaraq) emal etməsidir.
Geniş funksionallıq: Çip sənədlərlə iş, qrafik dizayn, onlayn yayımlar (strim) və hətta layihələrin idarə edilməsi proseslində istifadəçiyə effektiv şəkildə kömək edə biləcək.
Ekspertlərin fikrincə, bu texnologiya yeni nəsil noutbuklarda həm yüksək məhsuldarlığı, həm də fərdi məlumatların təhlükəsizliyini maksimum səviyyəyə çatdıracaq.
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
11 İyun 2026