14:26 - 19.05.2026
19 may, Fineko/abc.az. VTB müştəriləri artıq Çində alış-verişləri “VTB Onlayn” tətbiqi vasitəsilə QR-kodla ödəyə bilərlər.
ABC.AZ xəbər verir ki, vəsait rubl ilə silinir və avtomatik olaraq yuana çevrilir, komissiya tutulmur. Xidmət ölkə üzrə aktivdir, bir əməliyyat üzrə limit 70 min rubl təşkil edir.
Bundan əvvəl bank Vyetnam, Misir, Qırğızıstan və Tacikistanda da analoji xidməti tətbiq edib və ilin sonunadək coğrafiyanı 10 ölkəyədək genişləndirməyi planlaşdırır.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026