11:18 - 12.05.2026
12 may, Fineko/abc.az. “Shell” Fransadakı yanacaqdoldurma məntəqələri şəbəkəsini satmaq niyyətindədir.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin işçilərinə və təchizatçılarına verdiyi sənədlərə istinadən Les Echos qəzeti məlumat verib.
Neft nəhəngi Fransa magistral yollarında təxminən 60 yanacaqdoldurma məntəqəsini idarə edir. Stansiyalar üçüncü tərəf şirkətləri tərəfindən idarə olunur, “Shell” isə yanacaq tədarük edir və mükafat müqabilində əlavə xidmətlər göstərir.
2025-ci ildə bu iş 108,5 milyon avro (127,53 milyon dollar) əməliyyat mənfəəti gətirmişdi.
Nəşrin məlumatına görə, “Shell” işçilərin nümayəndələrinə üçüncü rübdə alıcı tapacağını gözlədiyini, 2027-ci ilin əvvəlində isə müqaviləni tamamlamağı planlaşdırdığını bildirdi.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026