15:27 - 6.05.2026
6 may, Fineko/abc.az. Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Bəzən gün ərzində bir şəxsin hesabına 10, 50, 100, 200 manat olmaqla müxtəlif kartlardan mədaxillər olur. Bank bunu təhlil eləyəndə bəzən şübhələnir, əməliyyatlar barədə məlumatları qanuna əsasən Maliyyə Monitorinqi Xidmətinə göndərir. Xidmət özü də təhlil eləyib bu qənaətə gəlsə ki, burada vergidən yayınma halı var, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verir", - deyə o qeyd edib.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026