09:53 - 23.11.2018
23 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 0,46 dollar və yaxud 0,70% azalıb.
Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 64,98 dollar təşkil edir.
Şükran Günü münasibətilə noyabrın 22-də “NYMEX” birjasında ticarət keçirilməyib və “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti bir barelə 54,63 dollar səviyyəsində qalmışdır.
Cümə axşamı keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçers qiyməti 0,88 dollar (1,39%) enərək bir barelə 62,60 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 7,97 dollara bərabərdir.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026