11:31 - 29.04.2026
29 aprel, Fineko/abc.az. Azərbaycanın bank olmayan kredit təşkilatları 2026-cı ilin I rübündə xalis mənfəətini 81.7 milyon manat səviyyəsinə çatdırıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31.6 milyon manat zərər idi. Bir qəydi əvvəlcədən əlavə edək ki, bu siyahıda dövlətin “AqrarKredit” BOKT-si nəzərə alınmır.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nəticəyə əsas təsir göstərən amillər qeyri-faiz gəlirlərinin 65.8 milyon manatdan 103.9 milyon manata yüksələrək 57.9% artması və xalis faiz gəlirinin 39.8 milyon manatdan 56.9 milyon manata çataraq 43.2% artması olub. Eyni zamanda aktivlər üzrə ehtiyat ayırmalarının 93.4 milyon manatdan 25.3 milyon manata enməsi maliyyə nəticələrinə müsbət təsir göstərib.
BOKT-lərin cəmi gəlirlər faiz və qeyri-faiz gəlirləri nəzərə alınmaqla 121.5 milyon manatdan 175.8 milyon manata yüksəlib və 44.7% artım nümayiş etdirib. Faiz və bu qəbildən olan gəlirlər 55.7 milyon manatdan 71.9 milyon manata yüksələrək 29.1% artıb. Qeyri-faiz xərcləri 42.2 milyon manatdan 48.2 milyon manata qalxaraq 14.2% artım göstərib, faiz xərcləri isə 15.9 milyon manatdan 15.0 milyon manata düşərək 5.7% azalıb. Ümumi xərclər 58.1 milyon manatdan 63.2 milyon manata yüksələrək 8.8% artım nümayiş etdirib.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026