İsraildə şekelə bağlı steyblkoinin buraxılmasına icazə verildi

11:08 - 28.04.2026


28 aprel, Fineko/abc.az. İsrail tənzimləyicisi ikiillik uğurlu təhlükəsizlik sınaqlarından sonra "Bits of Gold" şirkətinə şekelə bağlı steyblkoin buraxmağa ilk dəfə icazə verib.

ABC.AZ xəbər verir ki, ciddi nəzarət çərçivəsində aktivlərin 1:1 nisbətində tam ehtiyat təminatı, həmçinin hesablaşmaların sürətləndirilməsi və blokçeyn xidmətlərinin yaradılması üçün yeni alətdən istifadə nəzərdə tutulub.